Vəzifəli şəxsin oğlu anasını bıçaqladı - Qadın xəstəxanada öldü

04, 11, 23
13:30

Vəzifəli şəxsin oğlu anasını bıçaqladı - Qadın xəstəxanada öldü


Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib.

“Azərbaycan Reallığı”nın məlumatına görə, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H.-nin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H.-nin ailəsində baş verib.


Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.

Bizimlə əlaqə saxlayın