Bu xəstəxanada külli miqdarda mənimsəmə faktı aşkarlandı

05, 11, 23
11:27

Bu xəstəxanada külli miqdarda mənimsəmə faktı aşkarlandı

“Hacıqabul rayon mərkəzi xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.01.2022-ci il tarixdən 15.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Hazırda iş üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın