Azərbaycanda insan alveri ilə məşğul olan afrikalı həbs edildi

10, 11, 23
09:30

Azərbaycanda insan alveri ilə məşğul olan afrikalı həbs edildi

Bakıda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı Onyebuçi Sopia Adanın öz həmyerlisi olan qadını aldadaraq istismar məqsədilə cəlb edib, insan alveri cinayəti törətməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.


Onun törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Onyebuçi Sopia Adanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın