Uşaq kələm şorabasından zəhərlənərək öldü - Azərbaycanda

10, 11, 23
16:00

Uşaq kələm şorabasından zəhərlənərək öldü - Azərbaycanda

Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın