Baş redaktor hava limanında həbs edildi

21, 11, 23
10:30

Baş redaktor hava limanında həbs edildi

"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
  
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
 
 S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
 
 Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.
  
Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb.
 
 Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın