Xuliqanlıq edən azərbaycanlı iş adamı həbs edildi

25, 11, 23
16:30

Xuliqanlıq edən azərbaycanlı iş adamı həbs edildi

Rusiyanın Vladimir vilayətində işçiyə irad tutan və cavabında hədələnən qadınla bağlı sensasiyalı əhvalat yeni müstəviyə keçir. İstintaq Komitəsi cinayət işinin başlandığını və təqsirləndirilən şəxsin həbsdə saxlandığını elan edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı zorakılıq hədəsi ilə xuliqanlıq və qanunsuz ağac kəsməkdə şübhəli bilinir.
 
Sosial şəbəkələrin Vladimir seqmentində insidentlə bağlı məlumatın yayılmasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi müəyyən edərək onu saxlayıblar. Məhkəmə İstintaq Komitəsi müstəntiqinin həmin şəxsin 2 ay müddətinə həbs olunması ilə bağlı vəsatətini təmin edib.
 
Hazırda faktla bağlı araşdırma aparılır, təqsirləndirilən şəxsin Rusiyada olmasının və əmək fəaliyyətinin qanuniliyi yoxlanılır.//Lent.az 

Bizimlə əlaqə saxlayın