Bakıda piyadanı drezin vuraraq öldürdü

30, 11, 23
12:00

Bakıda piyadanı drezin vuraraq öldürdü

Noyabrın 30-da saat 09:20 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

"Azərbaycan Reallığı" xəbər verir ki. bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur.

Bizimlə əlaqə saxlayın