Bələdiyyə sədri məsuliyyətə cəlb olundu

06, 12, 23
13:30

Bələdiyyə sədri məsuliyyətə cəlb olundu

Şamaxıda sanitar-gigiyena qaydalarının pozulması halları ilə bağlı bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

Bu barədə "Azərbaycan Reallığı"na Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib.


İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.

Bizimlə əlaqə saxlayın