Azərbaycanda 15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq öldü

11, 12, 23
09:30

Azərbaycanda 15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq öldü

Goranboyda bədbəxt hadisə baş verib.

"Azərbaycan Reallığı"nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın