Şadlıq evində 4 nəfəri bıçaqlayanlar tutuldu

11, 12, 23
14:00

Şadlıq evində 4 nəfəri bıçaqlayanlar tutuldu

Dekabrın 9-da Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər tutulub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Azərbaycan Reallığı"na bildirib ki, hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə Gəncənin Mahrasa bağı adlan ərazisində yerləşən şadlıq sarayında qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov, Əli Musayev və Pərviz Eyvazov adlı şəxslər toyda bıçaqlanıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın