Zabitlər bıçaqlandı - ölən və yaralananlar var

12, 12, 23
17:30

Zabitlər bıçaqlandı - ölən və yaralananlar var

Erməni hərbçilərinin iştirakı ilə kütləvi dava olub. Dava zamanı çoxsaylı dava iştirakçısı bıçaqlanıb və nəticədə bir zabit ölüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, dekabrın 10-da axşam saat 20:00-da İrəvanın Soproni küçəsində Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında Ermənistan Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında bıçaqlanma ilə nəticələnən dava baş verib.

“Hraparak"ın yazdığına görə, mübahisənin predmeti pul olub. Söhbət zamanı borclu hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədilib. Mübahisə davaya çevrilib və dava zamanı Müdafiə Nazirliyinin ehtiyata buraxılmış zabiti Gevorq Marqaryan və baş leytenant Davit Sayadyana bıçaqla ağır bədən xəsarətləri yetirib. 


Yaralı hərbçilər xəstəxanaya çatdırılsa da, Davit Sayadyan orada ölüb.  
Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın