Binəqədidə yaşlı qadın gölməçədə öldü - VİDEO

13, 12, 23
14:30

Binəqədidə yaşlı qadın gölməçədə öldü - VİDEO

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.


Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.


Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən infarkt keçirib və gölməçəyə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.


Ətraflı videomaterialda:



Bizimlə əlaqə saxlayın