Mingəçevirdə silah-sursat aşkarlanıb

15, 12, 23
10:30

Mingəçevirdə silah-sursat aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son 2 gün ərzində keçirdiyi əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə "Azərbaycan Reallığı"na Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın