Azərbaycanda istirahət mərkəzində QAN DÜŞDÜ

16, 12, 23
15:30

Azərbaycanda istirahət mərkəzində QAN DÜŞDÜ

Masallıda bıçaqlanma hadisəsi olub.

"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə Qəriblər kəndində yerləşən “Turist” istirahət mərkəzinin həyətində baş verib.


45 yaşlı Rabil Adil oğlu Nurullayev şəxsi münasibətlər zəminində 44 yaşlı həmkəndlisi Asiman Arzuman oğlu Ağayevə bir neçə bıçaq xəsarəti yetirib.

Hadisəni törədən R.Nurullayev saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın