"Location"dakı partlayışa görə 5 il həbs cəzası alan Rəsul azadlıqda nə gəzir? - FOTO

18, 12, 23
12:00

"Location"dakı partlayışa görə 5 il həbs cəzası alan Rəsul azadlıqda nə gəzir? - FOTO

"Location” gecə klubundakı partlayışa görə təqsirləndirilən və 5 il həbs cəzası olan videobloger Rəsul Rəsulov azadlıqdadır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bloger artıq sosial şəbəkə hesabında aktivdir və müntəzəm paylaşımlar edir.

O, hətta dünən stadionda "Qarabağ"ın oyununu da izləyib. Rəsulun imicini dəyşməsi də nəzərdən qaçmayıb.
"Azərbaycan Reallığı" etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, təxminən 2 il bundan öncə çoxsaylı insanların ölmünə, və müxtəlif dərəcəli xəsarətlərə səbəb olan "Location” gecə klubu yenidən fəaliyyətə başlayıb.Klubun sadəcə adı dəyişdirlib, klubun icarədarı isə eyni adamlar olduğu iddia olunur. Hətta onlardan biridə Rəsul Rəsulov olduğu deyilir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəkləri qeyd olunub. Digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onların hökmdən şikayətini təmin etməyib. 

Cinayət işi üzrə 52 nəfər zərərçəkmiş qismində tanınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonradan xəsarət alanlardan 3-ü xəstəxanada dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın