Şamaxıda azyaşlılar dəm qazından zəhərləniblər

19, 12, 23
11:00

Şamaxıda azyaşlılar dəm qazından zəhərləniblər

Şamaxıda iki azyaşlı dəm qazından zəhərlənib.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə rayonun Aşıqalı küçəsində qeydə alınıb.

Rayon sakinləri - 2023-cu il təvəllüdlü Zeyid Şəhriyar oğlu Xəlilov və bacısı 2021-ci il təvəllüdlü Xədicə Şəhriyar qızı Xəlilova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın