Sumqayıtda taksi sürücüsünü döyüb pulunu aldılar

22, 12, 23
16:30

Sumqayıtda taksi sürücüsünü döyüb pulunu aldılar

Sumqayıtda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən "Azərbaycan Reallığı"na verilən xəbərə görə, dekabrın 21-də səhər saatlarında Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə sərnişinin sürücünü aldadaraq 47 manat, daha sonra quldurluq yolu ilə 100 manat pulunu talaması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Rəsulov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın