357 ədəd ağac qanunsuz kəsildi - Cinayət işləri başlanıldı

26, 12, 23
16:00

357 ədəd ağac qanunsuz kəsildi - Cinayət işləri başlanıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində 5 rayonda və Bakı şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
 
Bu barədə "Azərbaycan Reallığı"na qurumdan məlumat verilib.


Araşdırmalar zamanı Lerik rayonunun Akinahiran, Quba rayonunun Möhüc, Şəmkir rayonunun Seyfəli və Ələsgərli kəndlərində, Ağdaş rayonunun Məşəd kəndində, paytaxtın Xətai rayonunun Babək prospektində meşə fonduna daxil olmayan, Tovuz rayonu ərazisində isə meşə fonduna daxil olan, ümumilikdə 357 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 48 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
 
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizimlə əlaqə saxlayın