Nikosayağı barədə qərar verildi - FOTO

27, 12, 23
17:00

Nikosayağı barədə qərar verildi - FOTO

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
 
Hadisə ilə bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın