Sexdən xəmir qarışdıran aparat oğurlandı

30, 12, 23
15:00

Sexdən xəmir qarışdıran aparat oğurlandı

Gəncə şəhərində sexdən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyaları oğurlanıb.
 
Bu barədə "Azərbaycan Reallığı" Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində yerləşən sexlərin birindən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərov saxlanılıb.
 
Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın