Lerikli gənc Neftçalada intihar etdi

03, 01, 24
17:30

Lerikli gənc Neftçalada intihar etdi

Neftçala rayonunda intihar hadisəsi olub.
 
"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.


Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
 
Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın