Perinatal Mərkəzdəki yanğına görə cinayət işi açılan şəxslərin FOTOLARI

10, 01, 24
16:30

Perinatal Mərkəzdəki yanğına görə cinayət işi açılan şəxslərin FOTOLARI

Xəbər verdiyimiz kimi Baş Prokurorluq Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildiyini açıqlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, onlar Mərkəzin direktoru Mehriban Abasquliyeva, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir.


İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.


Adı çəkilən şəxslərdən ikisinin fotosunu təqdim edirik:


Mehriban Abasquliyeva 2022-ci ilin 29 dekabrında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmr ilə mərkəzə direktor təyin edilmişdi.


Mustafayev Hamlet Ziyatxan oğlu isə 2010-cu ildən Respublika Perinatal Mərkəzində Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bizimlə əlaqə saxlayın