Razi Əliyevanın sürücülük hüququ məhdudlaşdırıla bilər - Model nədə ittiham olunur?

16, 01, 24
13:00

Razi Əliyevanın sürücülük hüququ məhdudlaşdırıla bilər - Model nədə ittiham olunur?

Model Razi Əliyeva barəsində inzibati iş başlanıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Elməddin Hüseynovun icraatına verilib. 

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi barədədir.

Bu maddədə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. 

Razi Əliyeva bir müddət əvvəl iş adamı Ziya Hüseynzadə tərəfindən döyüldüyünü iddia etməklə gündəmə gəlmişdi. Hazırda bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılır. 

Razi Əliyeva iş üzrə zərərçəkmiş, Ziya Hüseynzadə isə təqsirləndirilən şəxsdir.

Bizimlə əlaqə saxlayın