Bakıda ağır qəza: Maşının pəncərəsindən çıxaraq quyuya düşüb öldü

09, 02, 24
11:30

Bakıda ağır qəza: Maşının pəncərəsindən çıxaraq quyuya düşüb öldü

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı qadın quyuya düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

“Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. Qəzadan yayınmaq istəyən “Opel”in sürücüsü sərt manevr edib və avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Nəzakət Şabalı qızı Ağayeva maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, onlar ötən həftə ailə quran qızlarının evinə qonaq gedirlərmiş.

Bizimlə əlaqə saxlayın