Yıxılaraq başı daşa dəyən qadın öldü

10, 02, 24
16:30

Yıxılaraq başı daşa dəyən qadın öldü

Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Xırdalan şəhər sakini 1964-cü il təvəllüdlü Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib.

Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın