Şərurlu İsfəndiyar hakim qarşısına çıxacaq

13, 02, 24
14:30

Şərurlu İsfəndiyar hakim qarşısına çıxacaq

“Şərur” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.

“Azərbaycan Reallığı”nın məlumatına görə, “Kodis” MMC MTK ilə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

“Kodis” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bayramov Tural Əbülfəz oğludur.

Qeyd edək ki, “Şərur” MTK-nın sədri tanınmış iş adamı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar).

Bizimlə əlaqə saxlayın