Bakıda dəm qazı daha bir can aldı

23, 02, 24
11:30

Bakıda dəm qazı daha bir can aldı

Bakıda 32 yaşlı kişi dəm qazından ölüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın