Tovuzda dəhşət: Qadın ərini bıçaqladı

08, 03, 24
13:30

Tovuzda dəhşət: Qadın ərini bıçaqladı

Kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib.

"Azərbaycan Reallığı"
xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Bizimlə əlaqə saxlayın