20 yaşlı futbolçu faciəli şəkildə öldü

18, 03, 24
12:00

20 yaşlı futbolçu faciəli şəkildə öldü

“NK Split” klubunun futbolçusu Şimun Şoliç 20 yaşında vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, mərhum yol qəzasının qurbanı olub.

Hadisə Split yaxınlığındakı Stobreç kəndində qəza baş verib. Avtomobili idarə edən şəxs motosikletə çırpılıb. Şoliç motosikletdə olub.
20 yaşlı oyunçu onurğasından zədə alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq futbolçunu xilas etmək mümkün olmayıb.

“O, 4 il “Split”də oynayıb. Hamı onu məhz xarakterinə və içindəki istiliyə görə sevirdi. Aramızdan çox tez ayrıldın, daha çox matç oynamalı idin, amma həyat başqa cür qərar verdi. Sən əbədisən. Sən həmişə bizim yaddaşımızda qalacaqsan. Sən klubumuzun əbədi bir parçasısan”, – deyə “RNK Split” Şolçilə bağlı paylaşım edib.

Şimun “Hajduk Split”in yetirməsi olib O, 2021-ci ilə qədər dəfələrlə çempion olan Xorvatiya klubunun gənclərdən ibarət komandalarında çıxış edib.
20 yaşlı futbolçunun faciəli ölümü ilə əlaqədar “RNA Split”in bu həftə keçirəcəyi “Neretve” ilə oyun martın 26-na təxirə salınıb.

Bizimlə əlaqə saxlayın