Atasının qatilini məhkəmə zalında güllələdi - FOTO

06, 04, 24
12:00

Atasının qatilini məhkəmə zalında güllələdi - FOTO

Braziliyada kişi atasının qatilini məhkəmə zalında güllələyib.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadla xəbər verir ki, atasının qatilindən qisas almaq istəyən şəxs dinləmənin keçirildiyi məhkəmə zalında şübhəli şəxsə 6 dəfə atəş açıb.

Oğlu atasının qatilini güllələdikdən sonra tapançanın qundağı ilə şübhəlinin başına zərbə endirib. Hücum edən şəxs zalda polis əməkdaşları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Hadisə zamanı hakimlər və münsiflər canlarını qurtarmaq üçün qaçıb və qorxu içində yerə əyiliblər.

Hadisə 29 noyabr 2023-cü ildə baş versə də, görüntülər bir neçə gün əvvəl yayılıb. 
Ağır yaralanan müttəhim xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın