Məhkəmə sabiq baş həkimlə bağlı qərar verdi

09, 04, 24
11:30

Məhkəmə sabiq baş həkimlə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 6 aya endirilib. Ali Məhkəmə qadının şikayətni təmin etməyib.
 
İttihama görə, Könül Abbasova tanışı Rəfiqə Seyidovanln övladını, kürəkənini tandıqları şəxslər vasitəsi ilə müxtəlif dövlət qurimlarında yüksək vəsifəyə təyin etdirəcəyi vədini verib. O, bu adla zərərçəkmişdən ümumilikdə 235 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Könül verdiyi vədə əməl etməyib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri üzrə ittiham irəli sürülüb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Könül Abbasova daha əvvəl məhkumluq həyatı yaşayıb.
 
Belə ki, o, Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.
 
Həmçinin Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.
 
Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.

Bizimlə əlaqə saxlayın