Xankəndidə silha-sursat aşkarlanıb

10, 04, 24
11:30

Xankəndidə silha-sursat aşkarlanıb

Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat silahı, 4 tapança, 1 tüfəng aşkar edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.


Bizimlə əlaqə saxlayın