Daha bir narkotacir tutuldu

12, 04, 24
18:00

Daha bir narkotacir tutuldu

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Azərbaycan Reallığı"na verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.
 
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın