Keçmiş arvadını benzin töküb yandıran şəxs şikayətçidir

15, 04, 24
11:30

Keçmiş arvadını benzin töküb yandıran şəxs şikayətçidir

Keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Simon Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
 
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib.
 
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov 14 il müddətə azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
 
Qeyd edək ki, hadisə ötən il aprel ayında Gəncə şəhərində baş verib. Simon Abbasov boşandığı arvadı, 34 yaşlı K. Abbasovanın yaşadığı ata evinə gələrək onun üzərinə benzin tökərək yandırıb. Yaxınları onun paltarını söndürüb və qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
 
İttihama görə, arvadının onun anasına zəng edərək nalayiq ifadə işlətməsindən əsəbiləşən S.Abbasov ondan qisas almaq istəyib.
 
Hadisə zamanı S.Abbasovun özü də yanıq xəsarətləri alıb.
 

Bizimlə əlaqə saxlayın