Bakıda dəhşət: Narkoman mühafizəçiyə xəncərlə hücum etdi - ANBAAN VİDEO

30, 12, 24
11:00

Bakıda dəhşət: Narkoman mühafizəçiyə xəncərlə hücum etdi - ANBAAN VİDEO


Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.

Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.

Həmin görüntüləri təqdim edirik:


Bizimlə əlaqə saxlayın