Yeddi polis saxlanıldı

09, 05, 24
13:00

Yeddi polis saxlanıldı

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
 
Bildirilib ki, əməliyyat nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən səkkiz polis əməkdaşından yeddisi saxlanılıb.
 
Onlardan birinin yüksək rütbəli polis əməkdaşı olduğu vurğulanıb.
 
Digər şübhəlinin saxlanılması istiqamətində axtarış davam edir.

Bizimlə əlaqə saxlayın