Surxay Əliyev həbs edilib

20, 05, 24
20:00

Surxay Əliyev həbs edilib

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev həbs olunub. 

"Azərbaycan Reallığı" bu barədə hüquq-mühafizə orqanlarından məlumat alıb. Onun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Belə ki, Surxay Əliyev barəsində həbs qəti-imkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Surxay Əliyev bir neçə il bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkum edilmişdir

Bizimlə əlaqə saxlayın