Laçında 1 tona yaxın çətənə bitkisi məhv edildi

10, 06, 24
10:30

Laçında 1 tona yaxın çətənə bitkisi məhv edildi

Laçında 850 kiloqram yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Azərbaycan Reallığı"na verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" tədbirlər planına uyğun olaraq Zabux çayının sahilində yabanı halda bitən 850 kiloqram 5215 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Bizimlə əlaqə saxlayın