Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanılıb

10, 06, 24
15:00

Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən "Azərbaycan Reallığı"na bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

Bizimlə əlaqə saxlayın