“Lotu Quli” sərbəst buraxıldı
“Lotu Quli” sərbəst buraxıldı
Dünən İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.
Avropa.info musavat.com-a istinadən xəbər verir ki, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.
Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.
Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib.
Musavat.com İstanbuldakı bilgili mənbəyə istinadla xəbər vermişdi ki, barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah, oktyabrın 10-da azad ediləcək.
Göründüyü kimi, onun gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.
Azerbaycanrealligi.com