yuxarı
Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı YENİ DETALLAR
23, 07, 24
14:00
Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı YENİ DETALLAR
Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən "Beton Xosrov" ləqəbili Xosrov Əhmədovla bağlı bəzi detallar məlum olub.
"Azərbaycan Reallığı" bildirir ki, əvvəllər peşəkar ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən Xosrov Əhmədovun 3 qız övlad var imiş. Vurğulanıb ki, hadisə onların gözləri qarşısında baş verib.
Bundan başqa, X. Əhmədov əvvəllər həyat yoldaşını tez-tez döyürmüş.
Ötən gün isə o, 6 yaşlı qızının boğazına bıçaq çəkərək onu öldürəcəyini deyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək