Ərindən sonra həbsə düşən Hacıyeva şokda - Azadlığı üçün 500 min istənildi
Ərindən sonra həbsə düşən Hacıyeva şokda - Azadlığı üçün 500 min istənildi
Ötən həftə London polisi tərəfindən həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın həbsinin yeni detalları məlum olub.
Azerbaycanrealligi.com “The Financial Times”a istinadən xəbər verir ki, 55 yaşlı Zamirə Hacıyevanın barristeri Hyuqo Keyt baş hakim Emma Arbutnota müraciət edərək onun 3 uşaq anası olmasını nəzərə alaraq ev dustaqlığına buraxılmasını xahiş edib.
Keyt gələn ilin iyununda Londonda keçiriləcək Hacıyevanın Azərbaycana ekstradiyasını nəzərdə tutan məhkəmə prosesindən əvvəl onun girov qarşılığında sərbəst buraxılmasını istəyib. O bildirib ki, hələ ötən həftədən müvəkkilinin həbsi orderinin aktivləşdirilməsindən sonra bu qərar Hacıyeva üçün “şok effekti” yaradıb.
Vəkil qeyd edib ki, Zamirə Hacıyevanın “böyük pullar xərcləməsi”nə baxmayaraq, Azərbaycan tərəfinin ittihamında onun bankdan pul oğurlaması göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri – Cahangir Hacıyev götürüb.
Hakim Azərbaycan tərəfinin sorğusuna əsasən Hacıyevanın bankomatlardan 8 milyon funt sterlinq çıxararaq müxtəlif məqsədlər üçün xərclədiyi sitatını əsas gətirdikdə barrister belə cavab verib: “Onu iri məbləğdə pul xərcləməkdə və vəsait mənimsəməkdə ittiham edirlər. Ancaq bu o demək deyil ki, o, həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Keyt bildirib ki, Hacıyeva ölkədən çıxmaq üçün heç də potensial təhlükə hesab edilmir. Çünki onun Böyük Britaniyada uşaqları ilə sıx əlaqəsi var. Üstəlik, Hacıyeva əri həbs edildikdən sonra tamamilə “pulsuz qalıb” və o, dostlarının, ailə üzvlərinin köməyinə güvənib.
Hakim ev dustaqlığına buraxılması üçün Hacıyevanın 500 min funt sterlinq girov qoya biləcəyini deyib. Ancaq prokurorlor buna etiraz ediblər və iş Ali Məhkəmədə baxılacaq. Yalnız Ali Məhkəmə girov qoyulub-qoyulmaması məsələsinə qərar verəcək.
Azerbaycanrealligi.com