Dövlət Əmək Müfəttişliyi kriminal direktoru himayə edir.

28, 11, 18
12:14

Dövlət Əmək Müfəttişliyi kriminal direktoru himayə edir.


    Bir neçə gün öncə redaksiyamıza Bakı şəhəri,R.Rza küçəsi ev 120 ünvanda yaşayan Kərimov Ağakərim tərəfindən yazılmış məktub daxil olmuşdur.Həmin məktubu olduğu kimi dərc edirik.
“Hörmətli redaksiya,mən 1998-ci ildən Bakı şəhəri,Səbail rayonu Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində müəllim işləmişəm.2001-ci ildə məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan sonra özünə tabe olanların hamısını saxtakarlığa,əliəyriliyə,cibgirliyə,oğurluğa,fırıldaqçılığa sövq etmiş,bu sayaq “nümunəvi” əməllərə rəğmən özbaşınalıq mühiti yaratmaqla məktəbi bandit-quldur yuvasına çevirmiş,burada özünəməxsus tərzdə   şaxələndirilmiş kriminal struktur yaratmışdır.
   Bu vəziyyətlə barışmayan məktəbin mən də daxil olmaqla 6 nəfər müəllimi—İradə Babazadə,Səbinə Orucova və s. prokurorluğa şikayət ərizəsi göndərdi.Bundan sonra direktor M.Orucova ondan şikayət etmiş müəllimlərdən qisas almaq qərarına gəldi.Belə ki,ilk olaraq tədris hissə müdiri İ.Babazadə qanunsuz olaraq işdən azad edildi. 26.11.2007- ci il tarixdə isə mən də qisasçılıq zəminində işdən azad edildim.
  Mən işdən azad edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab mənə ödənilməli,əmək kitabçası və əmrin sürəti sonuncu iş günü mənə təqdim edilməli idi. ( AR Əmək məcəlləsinin 83-cü maddəsi) Lakin bu belə olmadı. Bildirim ki,işdən çıxarılan gün,yəni 26 noyabr 2007-ci il tarixdə mən bütöv iş günü iş yerində,yəni məktəbdə olmuşam. 
   Bu barədə aidiyyatı orqanlara çox saylı şikayətlərdən sonra nəhayət 11 sentyabr 2017-ci il tarixli aktla,yəni işdən çıxarılandan on il sonra mənə məxsus əmək kitabçası və son haqq-hesab mənə təqdim edilmişdir.
   Qeyd olunanlardan da görünür ki,əmək qanunvericiliyi qudurğan məktəb direktoru tərəfindən pozulmuşdur.
                                                                                                                      

  AR Əmək məcəlləsinin 83.2. maddəsinə əsasən,əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhrü ilə təsdiqlənməlidir.Bu əmrin sürəti,işçinin əmək kitabçası və işə götürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi,işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
  AR Əmək məcəlləsinin 172.5.maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildik də və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa,hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
  Həmçinin,əmək qanunvericiliyinin işəgötürən tərəfindən pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
  AR İnzibati Xətalar Məcəlləsinin 192.4.maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində,riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla,qanun pozuntusuna yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğində cərimə edilir.
   Qeyd edim ki,bir ildən də artıq bir vaxtdır ki, Əmək Müfəttişliyinə mənə qarşı firildaqçı məktəb direktorunun yol vermis olduğu qanun pozuntularının aradan qaldırılması barədə dəfələrlə etdiyim şikayətlərə baxmayaraq mənə yayındırıcı cavablar verilir və Dövlət Əmək Müfəttişliyi bütünlüklə qruplaşıb birləşərək açıq-aşkar şəkildə heç bir hədd-hüdud və cavabdehlik məsuliyyətini saya almayan harınlayıb-qudurmuş məktəb direktorunu ciddi-cəhtlə müdafiə edir, onun cinayət əməlləini böyük canfəşanlıqla gizlədir. Əmək Müfəttişliyi Xidməti tərəfindən məktəbdə dəfələrlə yoxlamalar keçirilmişdir,lakin əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasına birbaşa olaraq nəzarət edən yeganə orqan olan Əmək Müfəttişliyinin belə bir özbaşınalığı aşkar etməməsi şübhəli məqamlara səbəb olur.Görəsən Dövlət Əmək Müfəttişliyi Xidməti öz nüfuzunu,ləyaqətini hansı gizli maraqlara qurban verib?...  
  P.S. Bir məqamı da qeyd edim ki, əliəyri məktəb direktoru M.Orucovanın qanunazidd və heç bir əndazəyə sığmayan qudurğan əməlləri barədə prokurorluq orqanlarında 2016-cı ildən başlanan istintaq araşdırmaları davam etməkdədir."

  Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq…

Mövzü ilə bağlı araşdırmamız davam edir. Mövzunu diqqətimizdə saxlayacağıq.

Xəbəri hazırladı: Cəmil Hacıyev

Bizimlə əlaqə saxlayın