Bakıda müğənninin restoranında dava düşdü
Bakıda müğənninin restoranında dava düşdü
Müğənni kimi fəaliyyət göstərən Məcid Şamiloğlunun "By Məcid" restoranında dava düşüb.
"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.
Belə ki, iki nəfər restoranda dava-dalaş dalaraq, nalayiq ifadələr işlədiblər. Onlarlın hərəkətlərinə polis müdaxilə etməli olub. Qanun keçikçiləri həmin şəxsləri ayıraraq, xidmət etdikləri avtopatrula dəvət ediblər.
Bu zaman dava-dalaşda iştirak edən şəxslərdən biri polisin tələbinə tabe olmayıb və avtopatrula oturmaqdan imtina edib. Həmin şəxsin dost-tanışları da onu avtomobilə mindirmək istəyən polislərə maneələr olunlar. Sonradan polis əməkdaşlarının köməyi ilə dava salan şəxs avtomobilə mindirilib.
2000-ci ildə Masallı şəhərində anadan olmuş B.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 150 manat cərimə edilib.