yuxarı
3 gün əvvəl itkin düşən gəncin meyiti tapıldı
07, 02, 25
15:00
3 gün əvvəl itkin düşən gəncin meyiti tapıldı
Ağcabədidə 3 gün əvvəl itkin düşdüyü bildirilən gəncin meyiti kanaldan tapılıb.
"Azərbaycan Reallığı"nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək