yuxarı
Azərbaycanda qayınata gəlinə qumbara atıb - FOTO
17, 02, 25
09:00
Azərbaycanda qayınata gəlinə qumbara atıb - FOTO
Goranboyda qumbara partlayıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək