Həbsdən adam çıxaracaqdı, özü həbs edildi - BAKIDA
Həbsdən adam çıxaracaqdı, özü həbs edildi - BAKIDA
Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib. O, həbsxanada olan şəxsin kürəkənindən 4 min manat pul alıb. Amma vədinə əməl etməyərək onu aldadıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, Natiq Əliyev dələduzluqda ittiham edilir.
O, Babək adlı tanışına həbsdə olan qaynını azadlığa çıxaracağını söz verib. Buna görə Babək vasitəsi ilə həbsdə olan şəxsin ailəsindən 4 min manat pul alıb. Amma heç bir iş görməyib.
Natiq məhkəmədə deyib ki, heç kimdən pul almayıb: “Bəli, danışmışıq, amma heç kimdən pul almamışam. Dedim ki, işlə maraqlanım sonra. Maraqlanandan sonra nəsə edə bilməyəcəyimi dedim. Heç kimdən pul almamışam. Bəraət verilməsini istəyirəm”.
Məhkəmə Natiq Əliyevin əməlinin istintaq zamanı da şahid ifadələri ilə sübuta yetirildiyi qənaətinə gəlib. Onun barəsində 1 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.