Ödəmə terminalını oğurlayan şəxs saxlanıldı

10, 03, 25
10:30

Ödəmə terminalını oğurlayan şəxs saxlanıldı


Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın