Təkcə dünən vətəndaşların bank kartlarından 40 min manatdan çox pul talanıb

10, 04, 25
10:30

Təkcə dünən vətəndaşların bank kartlarından 40 min manatdan çox pul talanıb


Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.

Bu barədə "Azərbaycan Reallığı"na DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Bildirilib ki, aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.


Bizimlə əlaqə saxlayın