Bakıda dəhşətli ailə faciəsi: Ər arvadını qətlə yetirib özünü 14-cü mərtəbədən atdı

17, 04, 25
11:30

Bakıda dəhşətli ailə faciəsi: Ər arvadını qətlə yetirib özünü 14-cü mərtəbədən atdı


Bakıda baş vermiş dəhşətli qətldə ər arvadını qətlə yetirdikdən sonra intihar edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə aprelin 15-i axşam saatlarında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanın başını kəsərək onu qətlə yetirib. Daha sonra isə o, binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hər iki şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın